Sumqayıtda 61 yaşlı qadının meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 1953-cü il təvəllüdlü Dadaşova Bəhbuzə Mustafa qızının mənzilində köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Dərhal nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar və mənzilə baxış keçirilərkən B.Dadaşova hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində vətandaşın vəfat etdiyi müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.