Məscidi yandıran Milli Qəhrəmanın oğlu çıxdı (FOTO)

1-12-2014, 19:01   
Məscidi yandıran Milli Qəhrəmanın oğlu çıxdı (FOTO)
Namiq Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib
Qaraçuxur məscidini yandırmaqda şübhəli bilinərək saxlanılanlardan biri Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı N. Nəsibovun yaxınları movqe.az-a veriblər.

N. Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib. İxtisasca həkim olan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xətti ilə "Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülrəin sırasına qoşulub. 2001-2013 Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb.

Xatırladaq ki, ötən il Namiq Nəsibov üzərində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın şəkli olan köynək geyinərək, terrorçunu paytaxt Bakıda təbliğ edərkən gündəmə gəlmişdi. ANS PRESS-in məlumatına görə, polis bölməsində söhbət zamanı məlum olmuşdu ki, o, Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsində işlədiyini açıqlamışdı.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb, nazirliyin məlumatında bildirilir ki, 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.

Namiq Nəsibov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.