Bürclər (2 dekabr)

2-12-2014, 01:16   
Bürclər (2 dekabr)QOÇ - Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.

BUĞA – Ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılğınlıq etməyin.

ƏKİZLƏR - Hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi büdcədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.

XƏRÇƏNG - Bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünüzü xoşbəxt hiss edəcəksiniz.

ŞİR - İxtiyarınızda olan bu təqvimdə sizin üçün günün birinci yarısı daha uğurlu olacaq. Çoxdan gözlədiyiniz bir təklifi ala bilərsiniz. Təxminən saat 14-dən sonra isə ayıq-sayıqlığınızı artırın.

QIZ - Perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fövtə verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.

TƏRƏZİ - Maddi problemlərinizin qabarmasına baxmayaraq, əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözünüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.

ƏQRƏB - Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.

OXATAN - Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Doğma ünvanlara gedib istirahət etmək indi sizə çox lazımdır.

OĞLAQ - Maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.

SUTÖKƏN - Qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.

BALIQLAR - Təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.