Nazirlik orta məktəbdə baş verən hadisə ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Bakıdakı orta məktəbdə baş verən vahiməli anlar barədə məlumat yayıb.
FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, 20 sayılı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Məktəbdəki şagir və müəllimlər evakuasiya olunub.
Faktla bağlı araşdırma aparılır.