Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
dekabrın 1-də saat 13 radələrində Xətai rayonunun Babək prospekti 23/15 ünvanında yerləşən “Qarabağlar 1” avto-təmir mərkəzində qaldırıcı qurğu sınıb.
Nəticədə kranla qaldırılmış avtomobil orada usta işləyən 1970-ci il təvəllüdlü usta Əzizov Habil Cəfər oğlunun başına düşüb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən H.Əzizov orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə iş başlanılıb.