Xəstəxana müdirinin üzünə turşu tökdülər

2-12-2014, 15:24   


İran paytaxtı Tehranın cənubundakı "Ziyayan" xəstəxanasının müdiri Siyamand Ənvəriyə hücum edilib.

Motosikletlə yandan ötən iki şəxsdən biri onun üzünə turşu atıb. İşdən sonra evə gedərkən hücuma məruz qalan Ənvərinin gözlərinə zərər dəydiyi bildirilir.

Adətən bu kimi hücuma qadınlar məruz qalır. Son bir neçə həftə ərzində böyüklüyünə görə İranın 4-cü şəhəri olan İsfahanda ən azı 4 qadına basqın edildiyi deyilir.

Digər xəbərlərdə "turşu hücumlarının" sayının 11-ə çatdığı qeyd olunur.
Polis şənbə günü axşam saatlarında baş verən hadisənin araşdırılacağını vəd edib.

Sosial media, hücuma səbəb kimi, sərt geyim qaydalarına riayət edilmədiyi göstərilir. Hərçənd ki, rəsmilər bu gümanları şərh etməyiblər.
Həbs olunduğu təqdirdə hücumçulara ölüm cəzası kəsilə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.