Bakıda sürücü avtomobillə yol polisinin ayağının üstündən keçdi

2-12-2014, 15:29   
Bakıda sürücü avtomobillə yol polisinin ayağının üstündən keçdi
Bakıda yol-hərəkət qaydasını pozan sürücü yol polisinin həyat və sağlamlığı üçün təhlükəli hərəkət edib. hadisə dünən saat 13:45-də Yasamal rayonu, “20 Yanvar” metro-stansiyasının yaxınlığında baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1986-cı il təvəllüdlü Qarayev Müşfiq Əsəd oğlu yol hərəkət qaydasını pozan “Mercedes” markalı avtomobili saxlayıb. İnspektor avtomobilin sahibi, Masallı rayon sakini Səfərov Fuad Maarif oğluna inzibati protokol tərtib etmək istəyib. Bu F.Səfərovun tanışı, 50 CF 294 dövlət nişanlı digər “Mercedes” markalı avtomobil sürücüsü 1991-ci il təvəllüdlü Səmədov Elvin Heyrəddin öz maşınından düşmədən polis əməkdaşı ilə mübahisəyə başlayıb. Bundan sonra o qaza basaraq maşınla inspektorun ayağının üstündən keçib.

Sol ayağından yaralanan polis əməkdaşı Respublika Klinik Xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb.


Cinayəti törədən şəxs artıq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.