Moskvalı biznesmenin ölümü qədim kurort şəhərini xilas etdi
Moskvalı Anatoli Larionovun Rusiyanın Şimali Qafqazda yerləşən Mineralnıye Vodı (Minvod) şəhərini erməni mafiyasının zülmündən xilas edib.
Moskvada bir özəl firmada icraçı direktor işləyən mərhum Anatoli Larionov Minvodda dostları ilə kafedə yemək yeyərkən qonşu masada oturan yerli ataman, polis mühafizə bölməsinin rəhbəri Yevgeni Smirnov və federal axtarışda olan yerli avtoritet, milliyyətcə erməni Andranik Tsakanyanla savaşıblar.
Dava zamanı Anatoli Larionovun dostlarından biri bir neçə yerdən yaralanıb, onu xəstəxanaya aparıblar. Yevgeni Smirnov və Andranik Tsakanyan isə yüngülcə yaralanıb.
Bu, Tsakanyanın şəxsiyyətinə toxunub və o, xəstənin müalicə olunduğu klinikaya 30 ermənidən ibarət dəstə göndərib. Dəstəyə Arman Akopyan və onun qardaşı Aram rəhbərlik edib. Onlara göstərişi isə şəhərdə “Çar” ləqəbi ilə tanınan erməni avtoritet Kamo Xanqulyan və Andranik Tsakanyan verib.
Onlar xəstəxanaya girərək qapıda xəstəni gözləyən Anatoli Larionovu döyməyə başalyıblar. Onun yerə yıxaraq başına skameyka çırpıblar və onu təpikləyiblər. Kamera görüntülərindən görünür ki, həmin vaxt xəstəxananın mühafizəçisi erməni Aram Melikyan qapını bağlayır ki, kənardan bunu görən olmasın.
Baş həkimi və həkimlərin çoxu erməni olan xəstəxanada Anatoli Larionova yarım saat sonra tibbi yardım göstərilib. Nəticədə, Larionov kəllə-beyin travmasından dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları bu erməni qruplaşmasını, onlarla əlbir olan kazak atamanını həbs etməyə məcbur olub. Nəticədə 30 adam tutulub. Daha sonra erməni qruplaşmasının digər cinayətlərinin üstü açılıb. Şəhərdə diaspora səviyyəsində fəaliyyət göstərən qruplaşma əslində həm də ciddi maliyyə toplayan qurumlara malik olub. Onlar bank yaradaraq şəhərdə yaşayan ermənilərin ödədikləri kommunal ödənişləri öz banklarına yığırmışlar. Həmin pulun çox az hissəsi aidiyyəti qurumlara çatırmış.
Qruplaşma üzvlərini Yevgeni Smirnovun rəhbərliyi altında fəaliyyət göstərən “Yermak” kazak bölməsinə götürərək silah daşımasına imkan veriblər. Bölmədə Yevgeni Smirnovdan başqa kazak olmayıb və əsas üzvləri qeyri-kazaklar olub. Qruplaşma rəsmi “krışa” altında şəhərin bütün ticarət obyektlərindən haqq yığıb. Həmçinin quldurluq fəaliyyəti göstərib.
Məhkəmənin qərarı ilə “Yermak” bağlanıb və dəstə üzvləri həbs edilib. Bununla da Qafqazın bu qədim kurort şəhəri erməni zülmündən xilas olub.
İndi Andranik Tsakanyanı və başqa erməniləri həbsxanada daha ciddi mühakimə gözləyir. Məsələ bundadır ki, kriminal aləmin qanunlarına görə, xəstəxana kilsə qədər müqəddəs sayılır. Xəstəxananın təhqir edilməsi “oğru” dünyasında kilsənin təhqir edilməsi kimidir. Erməni mafiyası buna görə də cavab verməli olacaq.
Ataman Yevgeni Smirnov və erməni avtoritet Andranik Tsakanyan