Baş redaktor: "Mən Azərbaycan naminə bu addımı atacağam".
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini məhkəməyə verir.
Bu barədə Trend-ə eksklüziv açıqlamasında R.Arifoğlu bildirib.
R.Arifoğlu bildirib ki, Ə.Kərimli ona aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlayıb: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə verib. Mənə qarşı aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzeti, Əli Kərimli və onun sosial şəbəkələrdəki bir sıra fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər. Mən Əli Kərimlinin özünün məhkəməyə gəlməsini tələb edəcəyəm və böyük ehtimalla xüsusi ittiham qaydasında da bir sıra AXCP üzvlərinə qarşı iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".
Baş redaktor hesab edir ki, hətta bu adamların həbs olunması, içəridə olması, müəyyən müddət ictimai fəaliyyətdən uzaqlaşması Azərbaycan naminə böyük bir fayda olardı: "Mən Azərbaycan naminə bu addımı atac