Sinif yoldaşlarını zorlayan şagirdlər hələ də dərsə gəlməkdə davam edirlər
Rusiyada orta məktəblərdən birində təhsil alan 10 yaşlı qız kütləvi şəkildə zorlanıb.
Baykal yaxınlığındakı 28 saylı məktəbdə qeydə alınıb. Ən dəhşətlisi isə odur ki, qızı öz sinif yoldaşları, 10-12 yaşlı iki oğlan zorlayıb.
Zorlanan 10 yaşlı Kristina ciddi şəkildə psixoloji travma alıb. Qızın valideynləri günahkarların cəzalanmasını istəyirlər.
“Mən həmin uşaqların mənim qızımla birlikdə məktəbdə oxumasına qarşıyam. Biz şokdayıq. Bilmirəm vəziyyətimiz necə olacaq”, - deyə zorlanan qızın anası Tatyana bildirib.
Sinif yoldaşlarını zorlayan 10 yaşlı Saşa və 12 yaşlı Andrey hələ də dərsə gəlməkdə davam edirlər.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, faktla bağlı araşdırmalar davam edir.