ABŞ prezidenti Barak Obamanın qızlarının qısa ətəyini tənqid edən ABŞ-ın Respublikaçılar partiyasının Milli komitəsinin nümayəndəsi Elizabet Loten işsiz qalıb. Loten istefa edib.
Lautenin sözləri sosial mediyada böyük səs-küyə səbəb olmuşdu. Onun istefası üçün çağırışlar başlamışdı. Sözçü yazdıqları üçün üzr istəsə də təyziqlərə dayana bilməyib.
Lauten Şükran günü ərəfəsində çıxış edən Obamanın yanında dayanan qızları 13 yaşlı Saşa, 16 yaşlı Malinanın adlarına uyğun olmayan geyim geyinməkdə ittiham etmişdi.
Loten öz “Fecebook” səhifəsində prezident qızlarının bar üçün deyil, hörmətə layiq olacaq şəkildə geyinməli olduqlarını qeyd edib. O, "sizə hörmət edilməsini təmin edəcək geyimlər geyinin", çağırışı etmişdi.
Bundan başqa, Loten Saşa və Maliyanın çətin ki, “təqlid üçün yaxşı örnək” olacaqlarını əlavə edib.
Sonradan Loten sosial şəbəkədəki səhifəsində üzr istəyib və “subyektiv hisslər ürəkdən deyil, yazdığım sözlər özüm üçün zərərlidir” sözlərini qeyd edib