Bakıda şagirdlərin təxliyyə edildiyi məktəblə bağlı açıqlama

2-12-2014, 19:36   
Bakıda şagirdlərin təxliyyə edildiyi məktəblə bağlı açıqlama
BŞTİ: "Sabahdan etibarən tədris prosesi bərpa olunacaq"
Bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan təxliyyə edilib, təhlükəsizlik tədbirləri görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.

Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil.

Sabahdan etibarən tədris prosesi bərpa olunacaq.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, 20 saylı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.