Türkiyə İstanbul şəhəri Bəyoğlu rayonunun sakinləri səhər tezdən qeyri-adi mənzərə ilə qarşılaşıblar.
rayon sakinləri məhəllədəki parkda qeyri-adi şəkildə saxlanmış avtomobil görüblər.
Avtomobilin yarısının pilləkənlərin üstündə, yarısının parkın yaşıllıq ərazisində olması yerlilərin təəccübünə səbəb olub.
Gördükləri mənzərədən heç bir şey başa düşməyən sakinlər polisə xəbər veriblər.
Dərhal hadisə yerinə gedən polis avtomobil sahibinin axtarışlarına başlayıb. Avtomobilin niyə bu vəziyyətdə olması isə sahibi tapıldıqdan sonra məlum olacaq.