Fikrət Yusifovdan ifşaedici etiraflar

3-12-2014, 04:51   

Fikrət Yusifovdan ifşaedici etiraflar
"Emosiyalara qapanıb doğru olmayan addım atdım ki, onu etmək olmazdı. Neqativ hallar, çatışmazlıqlar lazımi qaydada ölkə rəhbərinə məruzə olunmalı, mətbuata çıxarılmamalıydı"

Sabiq Maliyyə naziri Fikrət Yusifov yenidən medianın diqqətindədir. Artıq doğma vətəninə geri dönən keçmiş maliyyə naziri "Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar Birliyi adlı təşkilat təsis edərək, ictimai sektorda fəaliyyətini davam etdirir. İlk açıqlamaları və dönüşü ilə diqqət çəkən F.Yusifov bizimyol.info-ya son müsahibəsində ilginc mövqe sərgiləyib.
Azərbaycan dövlətinin hazırki iqtisadi gücündən danışan keçmiş nazir açıq şəkildə hökumətdəki korrupsiya və maliyyə maxinasiyalarını etiraf edib. İrimiqyaslı infrastruktur layihələrində xərclərin şişirdilməsi, qeyri-şəffaflıq haqda suala cavab verərkən sabiq nazir deyib: "Ümumiyyətlə, maliyyəçilərin belə bir deyimi var ki, vəsaiti xərcləyəndə qazanmaq lazımdır. Normal qazanc pulu xərcləyəndə əldə olunur. Yəni pulun hara və necə xərclənməsindən çox şey asılıdır. İndi biz güclü iqtisadiyyat qurmaq istəyiriksə və neftin pullarını bu yolda xərcləyiriksə, buna normal yanaşmaq lazımdır. Fərdi məqamları kənara çıxıram. Mən nazir olduğum vaxtlarda elə bilirsiniz ki, hər şey şəffaf, düzgün xərclənirdi? Əlini tuturdun, ayaqları ilə bildiklərini edirdilər, ayağı tuturdun, dişləri ilə nəsə edirdilər. Bu problem Rusiyada da, Avropada da var. Prinsipial olaraq, biz neft gəlirlərinin xərclənməsinin düzgün istiqamətlərini ortaya qoyuruq. Yaxşı, yığaq saxlayaq. Həmin pulları nə edəcəyik? Hansısa birinci sinif banklarda yerləşdirək ki, bizə bir ildə 2-3 faiz dividend gətirsin? Gələcəyimizin real dividendi bu gün neft pulları hesabına ölkəmizin iqtisadi qüdrətini artırmaqdadır".
Ən maraqlısı isə budur ki, F.Yusifov hakim komandadan uzaqlaşdırılmasının səbəbini də iqtidardakı maliyyə pozuntuları ilə bağlı məqamları üzə çıxarması ilə bağlı olduğunu bildirib: "Mən istefa verməmişəm. Sadəcə olaraq, emosiyalara qapanıb doğru olmayan addım atdım ki, onu etmək olmazdı. Müdafiə Nazirliyi qapalı bir təşkilatdır və onunla münasibətlər mətbuatda aydınlaşdırılmamalıdır. Bu irad da mənə tutuldu. Neqativ hallar, çatışmazlıqlar lazımi qaydada ölkə rəhbərinə məruzə olunmalı, mətbuata çıxarılmamalıydı. Dövlət idarəçiliyi bunu tələb edir. O dövrdə vəsiatlər çox az idi, neftin qiymətləri dünya bazarında çox aşağı həddə düşmüşdü. Büdcənin neftdən asılılığı çox idi. Ona görə də, həmin vaxt hansısa vəsaitin düzgün istifadə edilməməsi qıcıq yaradırdı. Həmin qıcıqların fonunda mən emosiyalarımı cilovlaya bilmədim. Buna görə özümə bəraət qazandırmıram, mən səhv elədim. Və haqlı olaraq da vəzifəmdən uzaqlaşdırıldım".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.