"Bu təkcə iki "PKK" simpartizyanının işi deyil, birbaşa alınmış bir qərarın icrasıdır" "PKK” terror təşkilatının üzvü olduğu bildirilən və dünən həbsə alınan Namiq Nəsibov və Elnur Ələkbərov barəsində maraqlı faktlar ortaya çıxır. Qarçuxur məscidinə "Molotov kokteyli” atan bu insanları ölkədəki kürd icmasında da kifayət qədər yaxından tanıyırlar. Bir neçə gün əvvəl gecə saatlarında Qaraçuxur məscidinin içərisində baş verən səsin küyü indi bütün ölkəni bürüyüb. Məscid isə hadisələrdən əvvəl olduğu kimi adi günlərindən birini yaşayır. Arxa qapıdan birbaşa məscidin içərisinə atılan "Molotov kokteyli” ərazidə güclü yanğın törətsə də, bu fəsadlar qısa bir zamanda aradan qaldırıldı. Və indi demək olar ki, məscid tam fəaiyyətini davam etdirir. Hadisə baş verən günə qədər anti-terror əməliyyatları zamanı saxlanılan Namiq Nəsibov və Elnur Ələkbərovu isə bundan əvvəl məscidin ətrafında görən də olmamışdı. "İl boyu biz bütün günlər istər, cümə istərsə də adi günlərdə biz daimi məsciddəyik və məscidimizə diqqətimiz var. Biz o, yoldaşların Qaraçuxur məscidinə gəlib getməsinin şahidi olmamışıq” – deyə Qaraçuxur məscidinin axundu Mirfəttah Fəttayev bildirib. Görünür məsciddə müxtəlif təriqətlərdən olan şəxslərin bir yerdə rahat ibadət etməsi bəzi qüvvələri narahat edib və dini cərəyanlar arasında gərginlik yaratmaq üçün istifadə etməyə çalışıblar. Özü də bu hadisə Sumqayıtda radikal dini təriqətin liderinin saxlanılmasından və onun evindən çoxlu sayda partlayıcı maddənin çıxmasında sonra baş verib. Maraqlısı ondadır ki, terror planı hazırlayan Namiq və Elnur "PKK” terror təşkilatının Azərbaycanda yaratdığı qeyri-rəsmi qolu "Yekbun” təşkilatına tərəfdarlar toplamağa çalışıb. Millət vəkili Fazil Mustafa hesab edir ki, Avropa Oyunlarına az vaxtın qaldığı bir zamanda bu cür hadisənin baş verməsi dövləti bütün istiqamətlərdə ayıq olmağa çağıran bir siqnaldır. "Bu təkcə iki "PKK" simpartizyanının işi deyil, bu birbaşa alınmış bir qərarın icrasıdır. Ona görə də Azərbaycan hökuməti buna bir terror aktı kimi qiymət verərək, "PKK”nın bir terror təşkilatı kimi tanınması və ona qarşı mübarizə aparılmasını bir qərar formasında gerçəkləşdirməlidir”, – deyə millət vəkii bildrib.. Suriyanın Kobani şəhərində "PKK” terror təşkilatının sıralarında bir müddət döyüşən Namiq Nəsibovun Bakıda bu cür hadisə törətməsini Azərbaycandakı "Ronayi” Kürd Mədəniyyət Mərkəzi də qınayıb. Sən demə məscidi yandıran şəxs radikal mövqeyinə görə, mərkəzdən də uzaqlaşdırılıb. Bəs saxlanılan Namiq Nəsibov və Elnur Ələkbərov kimlərlə əlaqəsi var? Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozma, odlu silah əldə etmə maddələri ilə cinayət işinin başlanması bu suala cavab tapmaqda yardımçı olacaq.