Bakıda rus qızı zorlayan biznesmendən – YENİ XƏBƏR

3-12-2014, 19:44   
Bakıda rus qızı zorlayan biznesmendən – YENİ XƏBƏR
Bu gün Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət hökmündən apelyasiya protestinə baxılıb.

Yenilik.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə məhkəmənin ilkin baxış iclası olub.

Prosesdə prokurorluğun şikayəti dəqiqləşdirilib və məhkəmə baxışı dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M.Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib.

M.Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Məcid Məcidovun barəsində bəraət qərarı çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan hökmdən apelyasiya protesti verib. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.