“Adam içində” verlişinə çıxdığına görə bir qadının ailəsi dağıldı-VİDEO
3-12-2014, 20:12
Şahnaz və həyat yoldaşı arasında yaşanan problemin qurbanı olan uşaqlarının taleyi “Adam içində” müzakirə olundu. Yenilik.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, doğum günü olan Şahnaz o qədər də xoş olmayan hisslər yaşayıb.
Həyat yoldaşı Aydın keçən verilişin buraxılışında söz verdiyi kimi anaya övladlarını qaytarıb. Amma Şahnazın ad gününə övladlarını hədiyyə kimi gətirdiyini deyən Aydından bu ailə dramının sonu haqqında xəbər də gəldi. O, həyat yoldaşına boşanacağını, hətta bununla bağlı məhkəməyə müraciət etdiyini dedi. Hətta buna səbəb də tapdı.
“Bir arvad ki, gəlib otura studiyada, ağzına gələni deyə. Mən də onu saxlamıram, vəssalam”. Ekspertlər Şahnazın ərini ona dayaq olmadığına görə, xəstə olduğu vaxtda onu tək buraxdığına görə qınadılar. Bu ailə dramının sonu isə xoş olmadı. Doğum günü tortunu ana yalnız öz övladları ilə kəsməli oldu.