“Başda Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev olmaqla, YAP belə funksionerlərindən bu cür nüfuzlu bir partiyanın adından Almaz Həşimova və Zümrüd Abbasova kimilərinin sui-istifadə edilmələrinin qarşısının almaq üçün mənə yardım etmələrini istəyirəm”
“Bunca zamandır ləyaqətlə yürütdüyüm jurnalistika peşəsinə ləkə və böhtan atmaq istəyənlərin fəaliyyəti cənab Zakir Qaralov tərəfindən ciddi şəkildə araşdırılmasını xahiş edirəm”. Bunu Sonolay.org saytına açıqlamasında OlayTv.az -nin rəhbəri, jurnalist Ramin Məhəmmədoölu ona qarşı YAP-Füzuli rayon təşkilatının sədri, TŞ- nin xanım müdirəsi onun maliyyə maxinasiyalarını ifşa etdiyi üçün təhdid etməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən xanım Almaz Həşimova neçə illərdir büdcədən oğurluq etməsini, vəzifə səlahiyyətlərini aşma hallarını, qanunsuz fəaliyyətini sübutlarla mediaya çıxardığı üçün jurnalistə şər ataraq, onu məhkəmə qapılarında sürüdəcəyi ilə hədələyir: “Həmin qadın ümumiyyətlə Yeni Azərbaycan Partiyasından xaric edilməlidir. Çünki Yeni Azərbaycan Partiyasının adından və nüfuzundan istifadə edərək, böyük maliyyə maxinasiyaları və qanunsuzluqlarla məşquldur. Bunu ifşa etdiyim üçünsə, mənə qarşı həmin partiyanın digər bir üzvü kimi təqdim edilən Abbasova Zümrüd Abbas qızı tərəfindən əsassız ittihamlar irəli sürülmüş və məhkəməyə verilmişəm. İttihamları isə sosial şəbəkədə bir neçə dəfə tənqidi fikrlər bildirməyimlə bağlıdır. Buna görə isə, onlar məni AR Cinayət Məcəlləsinin 147.1.2 və 148-ci maddələri ilə təqsirləndirilərək, bu maddələr üzrə nəzərdə tutulmuş ən yüksək cəzanın verilməsini, habelə, məndən 500.000 (beş yüz min) manat pul vəsaitinin tutularaq, onun nəfinə ödətdirilməsini məhkəmədən istəyib. Əlbəttə, məhkəmə onların irəli sürdüyü ittihamı əsassız olduğunu irəli sürüb. Lakin bu qanunsuz fəaliyyətlərinin ifşa olunması qorxusundan bu iki qadın usanmadan irəli sürdükləri əssassız ittihamda israr edirlər. Halbuki nəfslərini məhkəmə divarları arxasında belə gizlətməyə qadir olmadıqlarını nümayiş etdirmələri gözdən yayınmamalıdır. Mən dəfələrlə hüquq müdafiəçilərinə müraciət etmişəm. Ona görə də, tək ümidim cənab Zakir Qaralova gəlir. Hesab edirəm ki, o bu hadisəni diqqətində saxlayacaqdır. Mən eyni zamanda, başda Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev olmaqla, YAP funksionerlərindən bu cür nüfuzlu bir partiyanın adından Almaz Həşimova və Zümrüd Abbasova kimilərinin sui-istifadə edilmələrinin qarşısını almaq üçün mənə yardım etmələrini istəyirəm”.
Qeyd edək ki, YAP-Füzuli rayon təşkilatının sədri, TŞ- nin xanım müdirəsi Almaz Həşimovanın əmri ilə Zümrüd Abbasovanın jurnalis Ramin Məhəmmədova qarşı irəli sürdüyü ittihamla bağlı növbəti məhkəmə sabahdır.
Ümid edirik adiyyatı orqanlar bu məsələ ilə yaxından ilgilənəcək və haqq-ədalət adına düzgün qərar veriləcək