Hadisə şahidləri polisin bu vəziyyətə müdaxilə etmədiyini bildiriblər
Türkiyədə Diyarbəkir magistralı ilə hərəkət edən sürücülər bu yolda qeyri-adi mənzərə ilə qarşılaşıblar.
meşə materialı daşıyan yük maşının kuzovunda minik maşını görənlərin təəccübünə səbəb olub.
Belə ki, minik maşını heç bir təhlükəsizlik tədbiri görülmədən meşə materiallarının üzərində aparılırmış.
Bu mənzərəni görən sürücülər sürəti azaldaraq bu təhlükəli vəziyyətdən uzaq qalmağa çalışıb və ya sürətlə həmin yük maşının yanından keçib.