Rusiya polisi mikroavtobus sürücüsünə silahlı hücumda şübhəli bilinən 43 yaşlı azərbaycanlını saxlayıb.
Həmyerlimiz 27 yaşlı ermənini döydükdən sonra onun 20 min rubl pulunu, mobil telefonunu və travmatik tapançasını götürüb.
Hadisə 2014-cü ilin noyabrın ortalarında Voronejdə "Don" M4 yolunda baş verib.
Məlumatda bildirilir ki, mikroavtobus sürücüsü istirahət üçün yolda dayanıb. Ona naməlum şəxs yaxınlaşaraq pul tələb edib və pulun koloniyada cəza çəkənlərə göndərəcəyini bildirib. Rədd cavabı aldıqda, o sürücünü soyub.
Polislər soyğun faktı üzrə cinayət işi qaldırıb. Tezliklə qanun qoruyucuları Novousmanski rayonunda şübhəli şəxsi saxlayıblar. O, indiyə kimi sağlamlığa ağır ziyan vurulma, mülki cinayətlər və narkotiklərin satışı üzrə mühakimə edilib. Azərbaycanlı 2004-cü ildən Voronejdə yaşayır. Bir müddət əvvəl həbs edilən şəxsin adı hələ açıqlanmır.