Baş Dövlət Yol Polisi Bərdədə yol polisi ilə sürücü arasında yaranan insidentə bağlı məlumat verib. ANS TV –nin məlumatına görə, BDYPİ-nin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyinə görə saxlanılıb.
"Bundan sonra sənədləşdirmə aparılarkən o tibbi müayinədən keçməkdən imtina edib. Sərxoş sürücü polis əməkdaşının üzərinə benzin tökərək onu yandırmağa cəhd göstərib".
Kamran Əliyev deyir ki, həmin şəxsin özü iki dəfə narkotik vasitələrin saxlanılması maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, dünən Bərdədə sərxoş sürücü yol polisi Aqil Quliyevi yandırıb. Məsələyə Baş Prokurorluq dərhal reaksiya verərək bəyənat yayıb və hadisəni törədən şəxsə qarşı cinayət işi başladılılıb.