Salyanın baş həkimi həkimlikdən başqa hər işlə məşquldu.

5-12-2014, 01:51   

Hüseynağa Həsənov hər bi işçisininin 20-50 manatını kəsir, narazılıq pik həddə çatıb, etiraz aksiyası gözlənilir

Ötən günlərdə xəbər vermişdik ki, Salyanın baş həkimi Hüseynağa Həsənov özü üçün ayrıca sistem qurub. Tender oyunlarından tutmuş, maliyyə yeyintilərinə qədər hər işdə adı hallanan bu şəxsin, hətta yaşadığı Şirvan şəhərinə Mərkəzi Xəstəxananın balansında olan Tıcili Tibbi Yardım maşını ilə gedib-gəldiyi də vurğulanırdı.

JAM.AZ-a şikayət edən bir qrup “ağ xalatlı”nın dərdi isə onlara verilən əmək haqqlarına göz dikilməsidir. Onlar bildirirlər ki, Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov işçiləri ilər hədə dilində danışmağı çox sevir. “Baş həkim ona qarşı çıxanı işdən qovacağı ilə hədələyir. Özü isə xəstəxananı pul kəsən maşına çevirib. İşlədiyimiz yer dövlətindir. Lakin Salyan xəstəxanasında hər şey pulludur. Hətta iş o həddə çatıb ki, hər il büdcədən dərman pereparatlarının alınması üçün pul ayrılsa da, Salyan xəstəxanasında adi başağrı dərmanı belə tapmaq mümkün deyil”.

Məlumat üçün bildirək ki, Salyan rayonunda 36 ambulator-poliklinika müəssisəsi, 14 xəstəxana fəaliyyət göstərir. 1370 çarpayılılıq bu tibb ocaqlarında 344 həkim və 917 tibb işçisi çalışır .Rayonun səhiyyə sahəsində çalışan işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 2 466 401 manatdır. Bu da bir işçiyə düşən orta aylıq əmək haqqının 117.6 manat olması deməkdir.

Şikayətçilər yazır ki, hal hazırda 344 həkimin hər birindən 50 manat, 917 tibb işçisindən siə 15-20 manat arsı pul yığılır. Baş həkimin tapşırığı əsasında pul yığan bu şəxsin bunu hansı məqsədlə etdiyi müəmmalı olaraq qalır. “Hər ay aldığımız məvacib əlimizdən alınır. Niyə, nə üçün yığıldığı da məlum deyil. Səbəbini də soruşmaq mümkün deyil. Çünki Hüseynağa Həsənov bu sualı verəni işdən qovacağı ilə hədələyir”.

JAM.AZ-a verilən məlumatda o da deyilir ki, həkimlər və tibb işçiləri yaranmış vəziyyətdən bezərək, etiraza qalxmağa hazırlaşır. Onlar Salyanın İcra Hakimiyyəti önünə toplaşaraq, dərdlərini rayon rəhbərliyinə çatdırmaq istəyirlər.

Bu əsnada onu da bildirək ki, Salyanın baş həkiminin maraqlı tender oyunları da var. Məsələn, onun dəftərxana ləvazimatı alması üçün Şəmkirin ucqar kəndinə gedib çıxdığı təsdiqlənib. Və ya dərman alınması üçün büdcədən ayrılmış vəsaitin necə bölüşdürüldüyü də kifayət qədər maraqlıdır. Bu barədə növbəti yazımızda geniş bilgi verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.