Polis faktla bağlı araşdırma aparır.
Türkiyənin Adana şəhərində şübhəli körpə ölümü hadisəsi qeydə alınıb.
1 ay 15 günlük körpəyə qardaşı coca-cola içirdib.
Veysel-Hamide Tankçı cütlüyünün övladı Diyap Tankçının səhhətində problem yaranmağa başlayıb. Ceyhan Dövlət Xəstəxanasına yerləşdirilən körpə dünyasını dəyişib.
Diyap atası Veysel Tankçı polislərə uşağın qardaşı tərəfindən coca-cola içirdikdən sonra bu hala düşdüyünü bildirib.
Polis faktla bağlı araşdırma aparır.