Sabirabadda faciə: müəllim öldü, qızı qurtuldu

5-12-2014, 09:56   
Sabirabadda faciə: müəllim öldü, qızı qurtuldu
Bu gün səhər Sabirabad rayonunda faciə baş verib.
Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb.

Ə. Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.

Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.