ll-ci qrup Qarabağ əlili, Laçından məçburi köckun imdad diləyir.

5-12-2014, 11:10   
Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevə .

Surəti:Korrupsiya idarəsinin rəisi cənab Kamran Əliyevə.

Surəti:Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına.

Surəti:Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova.

Laçın rayon Vağazin kənd sakini,Hal-hazırda Ağcabədi rayon Taxta körpü 37 saylı qəsəbənin 35 №-li evdə yaşayan ll qrup Qarabağ əlili Əhmədov Nadir Şükür oğlu tərəfindən

ƏRİZƏ

Cənab Nazirlər bildirirəm ki,ll-ci qrup Qarabağ əliliyəm.90-cı illərdəki döyüşlərdə ağır yaralanmışam.Raket partlayışı nəticəsində hər iki qulağım eşitmir.Bədənimdə müxtəlif qəlpə yaralar var.Müharibənin ağır izləri canımdan çıxmır.Ağ ciyər vərəmiyəm.Prezidentimiz sağ olsun ildə 1-2 dəfə müalicəyə göndərir,qayğımıza qalır.Buna baxmayaraq ağır vəziyyətlə xəstə olaraq qalıram.Dövlətin mənə verdiyi müavinətləri özümdə xırda işlər görməklə bir az pul topladım ki,özəl klinkaların birində müalicə alam.Ancaq ki alınmadı.Dəladuzlar məni aldatdı.

Yaxın münasibətdə olduğum Baxışov Baxışın oğlanları Müqabil,İntiqam,və Ünsiyyət qardaşları mənim ehtibarımdan istifadə edərək mənim üçün böyük olan yəni 7777 manat pulumu borc olaraq geri qaytarmalıdılar.

Onlara əvvələrdə pul verirdim alıb qaytarırdılar.Müəllim işləyən Baxışov Müqabil Ağcabədidə bankların birində xüliqanlıq edərək bank binasına zərər vurmuşdu,həbs olunmuşdur,haqqında məhkəmə hökmü var.Hal-hazırda axtarışdadı..Banka dəymiş zərəri ödəmək üçün pul lazım olduğunu və banka kreditləri olduğu üçün məndən pul istədilər.Yaxınlığımızı nəzərə alaraq Müqabilə 1350 manat Ünsiyyətə 4127,İntiqama 2300 manat ayrı-ayrılıqda vermlşəm.Məni inandırmaq üçün yeni Azərbaycan Partiyasının №605852-li bletin "Ədalətin Səsi" qəzetinin №002 vəsiqəsinin peçat və ştampını məcburi surətdə evimdə qoyaraq pulu alıb getdilər.Əlavə bir neçə rəsmi sənədlərdə verdilər.Bir neçə aydan sonra pulu geri istəyəndə müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırırdılar.Məcbur olub Laçın rayon Polis Şöbəsinə müraciət etdim ki,bunlara xüliqanlıq etdiklərinə görə cinayət işi qaldırsınlar.22.03.2014-cü ildə rədd edərək məhkəməyə müraciət etməyimi məsləhət gördülər.Bu qardaşlarla Dövlət sənədini saxtalaşdırmaqla məşğul olurlar.Arxiv sənədləri düzəldərək qəzet redaktoru,muxbiri kimi tədqim edir.İxtisası olmayanlara stajı olmayanlara staj düzəldərək bu sənədlərin bir çoxun Laçın Məhkəməsinə tədqim etmişəm.Bir neçəsində sizə göndərirəm.

Laçın rayon məhkəməsinin işə baxışı zamanı məlum oldu ki,həmin saxta sənədidə işin içərisində götürüb soruşduqda hakim bildirdi ki,bu qardaşların yaxın qohumları İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridi.Ona görə də cinayət işi qaldıra bilmirəm.Mülki iş kimi baxa bilmirəm.26.05.2014-cu ildə məhkəmə 4127 manat pulu Baxışov Ünsiyyətdən alınaraq mənə verilməsi haqda qərar çıxartdı.İndiyə kimi icra olunmayıb.Baxışov Müqabildəndə pulun alınması haqda qərar verilsədə,özüdə etiraf etdi ki,pulu almışam.Amma zərərin ödənilməsi Hakim Mübariz Hüseynov və icraçılar tərəfindən təmin olunmur.

Baxışov İntiqam haqqında isə onun xeyrinə qərar çıxarıldı.İclas zamanı vəkilim ehtiraz etdikdə hakim bildirdi ki,2 qərar sənin xeyrinə,1-də onun xeyrinə olmalıdır.Bildirdim ki,mənim pulumun verilməsi nəyə görə onun xeyrinə olmalıdır.Dələduzu həbs etmək əvəzinə xeyrinə qərar çıxardırdılar.Bildirdim ki,Baxışov Müqabil Banklara və camaata külli miqdarda ziyan vurublar.Müqabilin qaçmasına kömək eləyən qardaşı Baxışov İntiqam Baxış oğludur və Laçın Rayon Məhkəməsinin hakimi Hüseyinov Mübariz deyir ki,pul məsələsinə baxmırıq.Cinayət düşmür,bizə belə bir fərman verilməyib,biz ancaq ölüm işinə baxırıq.Bu qardaşlar müxtəlif yollarla adına külli miqdarda kreditlər götürərək ödəməkdən imtina edirlər.Saxta sənədlər düzəldərək müəyyən məbləğdə haqq alırlar.Ağcabədidə kompuyterdə bu sənədləri düzəldərək vətəndaşlara satırlar.Qəzet işçisi kimi müxtəlif idarələrdən pul yığırlar.Həmin sənədlərin surətin sizə göndərirəm.

Cənab Nazirlər 1 ilə yaxındır ki,mən məkəmələrdə yollarda pulum gedib.Xahiş edirəm mənə köməkdarlıq edin. Müalicə üçün yığdığım pulu qaytarsın.Erməninin gücü mənə çatmadı,Baxışovların gücü mənə çatdı.Dinc dövrdə isə intihar qaçınılmazdır

İmza:N.ƏHMƏDOV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.