Bütün Rusiya azərbaycanlı qastrabayter Mustafanın qəhrəmanlığından danışır. Belə ki, gənc oğlan Moskva yaxınlığında MiQ-29 təyyarəsinin qəzaya uğramasının ilk şahidlərindən olub. O, pilotun katapult etdiyini görən kimi, ətrafdakıları təcili yardıma zəng etməyə səsləyib, özü isə ilk yardım üçün pilotlardan birinə yaxınlaşıb. Həmin pilot huşsuz olub. Mustafa zərərçəkənin boğazına dolanan kəndiri açaraq, «məktəbdə öyrətdikləri kimi» ürək massajı edir. Bu da pilotun həyatını xilas edir.Yenilik.Az
Hadisənin təfərrüatları barədə Mustafa jurnalistə danışıb.[media=https://www.youtube.com/watch?v=w4dYrQj5250#t=97]