Bu barədə Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verib.
O bildirib ki, bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqəsini 10 gün müddətinə verilməsi və ya dəyişdirilməsinə görə 5 manat, 3 dün müddətində 25, bir iş günü müddətində isə 35 manat dövlət rüsumu ödəyəcəklər. Dəyişikliklər Azərbaycan Respublikası 16 may 2013-cü il sərəncamının 1-ci bəndini icra etmək məqsədi ilə təklif edilir. Yeni nəsil şəxsiyyəət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, dövlət rüsumunun məbləği onun hazırlanmasına xərcləri nəzərdə tutur. Qanun 2005-ci ilin dekabrın 1-dən qüvvəyən minib. Təklif olunan dəyişikliklər komitədə müzakirə olunub və yekdilliklə qəbul edilib.