Moskvanın şərqində yanmış avtomobillərdə üç nəfərin meyiti aşkar edilib.
"Reno Loqan" və "Nissan Primera" avtomobillərinin alışması haqqında polisə çağırış gecə saat 3-də daxil olub.
Alovun qarşısını on dəqiqədən sonra ala biliblər. Avtomobillərə baxış zamanı salonda üç insanın cəsədi aşkarlanıb. Cəsədləri tanımaq mümkün olmayıb. Polis ehtimal edir ki, ölənlərin cəsədləri kriminal qruplaşmaların üzvlərinə aiddir. Elə hadisəyə səbəb də kriminal qruplaşmalar arasında mübarizənin nəticəsidir.
Moskva polisi araşdırmalara başlayıb. [media=https://www.youtube.com/watch?v=slLoHbPA9oY]
[media=https://www.youtube.com/watch?v=4pFRe_6I5c0]