Bakıda general oğlu qaçdı, maşını həbs edildi – Foto

6-12-2014, 10:05   



«General oğluyam» deyən sürücü maşını qoyub qaçdı, pərdə-plyonkası söküldü.
Dekabrın 5-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə və bölmə əməkdaşlarının iştirakı ilə paytaxt ərazisində keçirilən genişmiqyaslı reyd zamanı pərdə-plyonka ilə maşın sürən sürücü saxlanılıb.



«KİA» markalı, 90 FF 132 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsində saxlanılıb.



Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, avtomobilə baxış zamanı məlum olub ki, bütün şüşələrə plyonka vurulub. Arxa yan şüşələrdə isə tünd pərdələr var.



Yol polisi əməkdaşlarının avtomobildən pərdə-plyonkanı sökməyə çalışdığını görən gənc sürücü «məni tanımadığını, generalın oğluyam» deyərək polisə əngəl olmağa çalışıb.



Lakin jurnalistlərin çəkiliş apardığını gördükdə qaçmağa başlayıb. DYP əməkdaşları avtomobildən pərdə və plyonkanı sökdükdən sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.