“People in Need” - dünya miqyaslı separatizm dəstəkçisi - şok faktlar

6-12-2014, 14:39   
“People in Need” - dünya miqyaslı separatizm dəstəkçisi - şok faktlar

Bu qalmaqallı çex təşkilatı öz ölkəsində də separatizmə dəstək verməkdə ittiham olunub
Bizim ittihamlara cavab gəldi. Özü də ən yüksək səviyyədə. Şübhəsiz ki, bu, “Yeni Müsavat”ın uğurudur. Məhz “Yeni Müsavat” ölkə mediasını və ictimai rəyi “ermənipərəst” adlandırdığı bu təşkilatın qeyri-qanuni əməllərinə yönəldə bildi. Belə bir təlatüm gözləməyən təşkilat vəziyyətdən çıxmaq üçün PiN-in proqram rəhbəri İvana Skalovanı irəli verdi. Ancaq təşkilatda real avtoriteti olmayan bu xanımın dedikləri ittihamlar qarşısında çox sönük göründü.

Sonda PIN təşkilatının direktoru Simon Panek irəli çıxdı və bəyan etdi ki, Azərbaycanda bu təşkilata qarşı hökumətin sifarişi ilə qara PR başlayıb. Çünki PIN yerli vətəndaş cəmiyyətin dəstəkləyir. Azərbaycanda isə vəziyyət Belarusdan da pisdir.

Buradaca haşiyə çıxaraq qeyd edək ki, Simon Panek Çexiyanın keçmiş prezidenti, yazıçı Vatslav Havelin ən yaxın dostlarından biridir. Bir çoxları iddia edir ki, Vatslav Havel tərəfdarlarına Simon Panekin liderliyini qəbul etməyi vəsiyyət edib. Təsadüfi deyil ki, bu şəxs Çexiyanın birinci şəxsi olmaq ehtimalı ən yüksək olan fiqurlar arasında öndə gedir. Düzdür, o, iddia edir ki, siyasətçi deyil, amma böyük siyasətin işindədir. Ən başlıcası isə bu şəxs müsahibəsində deyir ki, Ermənistanla ilişki mənim həyatımı tamam dəyişdi. Zatən biz də bu dəyişikliyin gətirdiyi bəlalardan qurtulmağa çalışırıq. Simon Panekin söz açdığımız etirafını bu linkdən oxuya bilərsiz.

http://ru.hayernaysor.am/%D5%BA%D6%80%D5%A1%D5%B0%D5%A1%D5%B5%D5%B8%D6%82%D5%B4-%D5%B0%D5%AB%D5%B7%D5%A5%D6%81%D5%AB%D5%B6-%D5%BD%D5%BA%D5%AB%D5%BF%D5%A1%D5%AF%D5%AB-%D5%A1%D5%BE%D5%A5%D6%80%D5%AB%D5%B9-%D5%A5%D6%80%D5%AF/

Bəyanatda irəli sürülmüş iki məqam diqqət çəkdi:

1. “Təşkilatın təsisçilərindən bu gün PİN-in idarə edilməsində heç bir rolu olmayan fərdlərin şəxsi baxışları təşkilatın mövqeyini, strategiyasını və ya siyasətini təmsil etmir”.

Məsələdən xəbərdar olmayanlar söhbətin nədən, daha doğrusu kimdən getdiyini bilməyəcəklər. Şübhəsiz ki, söhbət Yaromir Ştetinadan gedir. Cənab Panek ad çəkmədən erməni mövqeyindən çıxış edən dostunun iddialarına PİN-ın şərik olmadığını bildirir. Bəs, Yaromir Ştetina nə demişdi? 2011-ci ildə bəyan etmişdi ki, Dağlıq Qarabağ müstəqil olmağa layiqdir. Milli Qəhrəman Əlif Hacıyevin ermənilər tərəfindən öldürülməsinə elə erməni kimi bəraət qazandırmışdı.

Ağdamı xarabaya çevirən erməniləri haqlı çıxarmışdı. Ancaq bəyanatda Yaromir Ştetinanın mövqeyindən imtina xeyli dolaşıq şəkildə verilib: “Təşkilatın təsisçilərindən olan... fərdlərin şəxsi baxışları” ifadəsindən belə anlaşılır ki, bu təşkilatı bir neçə nəfər təsis edib. Sonra onlar təşkilatdan gedib. Və verdikləri bəyanatlar da şəxsi xarakter daşıyır. Ancaq reallıqda isə 1994-cü ildə bu təşkilat Simon Panek və Yaromir Ştetina tərəfindən təsis edilib. (Bəzi mənbələrdə 1992-ci il göstərilir) 3-cü və 4-cü birisi yoxdur.

“Xocalı qırğınını azərbaycanlılar törədib”, deyən Yaromir Ştetina nədən “Yeni Müsavat”ın suallarına cavab vermədi; Amerikanın pulu ilə Kubada rejimi dəyişmək istəyən təşkilat nə dərəcədə müstəqildir ; Nədən Simon Panek verdiyi bəyanatda Yaromir Ştetinanın adını çəkmədi"


Dolayısı ilə etiraf edirlər ki, bu təşkilatın təsisçisi müəyyən bəyanatlar verir və biz PİN olaraq onunla həmrəy deyilik. Bir daha qeyd edək ki, Yaromir Ştetinaın avtobioqrafiyasında yazılıb ki, o, 1994-cü ildə yaradılmış “PİN”in həmtəsisçisidir və bu təşkilatın Direktorlar Şurasının üzvüdür. (Bəzi mənbələrdə o, “People in Need”in direktoru kimi təqdim olunur.) Yəni strateji qərarlar qəbul olunan yerdə Yaromir Ştetinanın da mövqeyi önəmlidir. Bu linkdə Yaromir Ştetinaın avtobioqrafiyası yer alır.

http://www.jaromirstetina.cz/zivotopis

Simon Panekin bəyanatında diqqət çəkən ikinci məqama nəzər salaq:

2. ”Təşkilat beynəlxalq aləm tərəfindən tanınmış bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq normalara uyğun olaraq fəaliyyət göstərir”.ə



Biz bu təşkilatı erməni separatizminə dəstək verməkdə suçlayırıq, onlarsa “PİN hara, separatizm hara” deyə and-aman edirlər ki, elə şey yoxdur. Ancaq bu təşkilat birinci dəfə deyil ki separatizmə qucaq açmaqda ittiham olunur. Bir çox ölkələrdə məhz bu təşkilat separatizmə dəstək verməkdə suçlanıb. Hətta Çexiyanın özündə belə bu təşkilatı separatizmə dəstək verməkdə qınayıblar. Məsələn, Kosovada. Bəllidir ki, orada albanlarla serblər arasında savaş gedirdi. Həmin vaxt bu təşkilat müsəlman albanları açıq şəkildə dətəkləyirdi. PİN özü etiraf edir ki, onlar Kosovo hadisələri zamanı yerli albanları müdafiə etdiklərinə görə çex jurnalistləri tərəfindən mütəmadi tənqid olunublar.

Birbaşa olmasa da, etiraf edirlər ki, Balkanlarda alban separatizmini dəstəkləyiblər. Bəs, serblər nədən Qərbin qəzəbinə gəldi? Çünki serblər tarixən Rusiyanın Balkanlardakı əsas müttəfiqi olub. Qərb Rusiyanın Balkanlarda nüfuzunun heçə endirmək üçün belə bir avantüraya getdi və Avropanın siyasi xəritəsini dəyişdirdi...

Bəs Cənubi Osetiyada nə baş verdi? Orada isə bu təşkilat Gürcüstanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb. Yalnız Cənubi Osetiyadan qovulan gürcülərə yardım edib. Cənubi Osetiyada ağır vəziyyətdə olan osetinlərə isə arxa çevirib. Elə bu ikili yanaşmaya görə ciddi tənqid olunub.

2005-ci ildə isə Rusiya bu təşkilatı rəsmən Çeçenistanda separatizmə dəstək verməkdə ittiham edib və ölkədən qovub. Bu barədə daha ətraflı bir az sonra.

Moldovada isə bu təşkilat Dnesteryanı “respublika”ya qarşıdır. Ukraynada da qondarma Donetsk və Luqansk Xalq Respublikalarına mənfi münasibətdədir. Bu barədə Yaromir Ştetina Rusiya mediasına müsahibəsində deyir: ”Bu respublikalar Rusiya kəşfiyyatının zabitləri tərəfindən yaradılıb”.

Mənbə:

http://bb.vesti.lv/obshchestvo/item/9158444-pro-khoroshikh-russkikh-ili-kogda-vlatvii-nachnetsya-grazhdanskaya-vojna

Gördüyü kimi, PİN bəzi yerlərdə separatizmə dəstək verib, bəzi yerlərdə isə separatizmə qarşı çıxıb. Çeçenistanda isə əvvəl üsyançılara arxa olub, daha sonra isə bundan imtina edib. Bəs “bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan və beynəlxalq normalara uyğun olaraq fəaliyyət göstərən” bu təşkilat nədən bəzən separatizmi müdafiə edir, bəzənsə əksinə, ona qarşı çıxır? Bu sualın cavabı Qərbin bu məsələlərə fərqli yanaşması ilə bağlıdır. Məsələn, Qərb Kosovada alban separatizmini dəstəklədi və zorla ikinci bir alban dövləti yaratdı. Qərbin yeritdiyi bu siyasət Qərbə məxsus olan qeyri-hökumət təşkilatları tərəfindən də mütləq nəzərə alınır.

Alınmasa həmin təşkilata donorlardan maliyyə daxil olmaz. Düzdür, Qərbdə belə şeylər açıq şəkildə dilə gətirilmir. Təxminən reklam kimi. Böyük şirkətlər mediaya reklam verirlər. Hansı media orqanı onu tənqid edirsə, dərhal reklam kəsilir. Bu məsələdə də yanaşma məhz bu cürdür. Ona görə də çex jurnalistlərinin slavyan və xristian həmrəyliyindən irəli gələn ittihamları PİN üçün keçərli olmadı və onlar Qərb dünyasının bir “vintciyi” kimi alban separatizminə arxa durdular...

PİN-in qarşılaşdığı beynəlxalq tənqidlə bağlı bu linkə baxmaq olar.

http://en.wikipedia.org/wiki/People_In_Need_%28Czech_Republic%29#cite_note-27

Gördüyünüz kimi, bu təşkilatın Yaromir Ştetina olmadan da separatizmə bəlli münasibəti var. Erməni separatizminə bu təşkilatın rəğbəti də Yaromir Ştetina ilə bağlı deyil. Mahiyyətdə bu belədir. Çünki Qərbin erməni separatizminə münasibəti istidir, o qədər açıq şəkildə olmasa da, ermənilərin Dağlıq Qarabağa iddiaları Qərb tərəfindən dəstəklənir...

Əgər fikir vermisizsə, Qərb mənbələri Dağlıq Qarabağ savaşı haqqında danışarkən mütləq qeyd edirlər ki, müharibə xristian Ermənistanla, müsəlman Azərbaycan arasında gedir... Bizim köhnə dostumuz Yaromir Ştetina da bu məqamı vurğulamağı çox sevir. Bu linkə baxa bilərsiz...

http://www.ceskatelevize.cz/ct24/kalendarium/5224-vypukl-prvni-konflikt-o-nahorni-karabach/

Maraqlıdır ki, 2006-cı ildə PİN Kuba tərəfindən də ittiham olunub. İddia olunub ki, bu təşkilat ABŞ-dan maliyyə yardımı alaraq, Kubaya qarşı fəaliyyət göstərib. Bildirilib ki, bu təşkilat həmin pullarla Kubada terrorçu kimi tanınan mühacirlərlə əlaqə yaradaraq, ölkədə siyasi rejimi dəyişməyə çalışıb.

Bu təşkilat Qərbin bəlli mərkəzlərinin göstərişi ilə hədəfə alınmış ölkələrin daxili işlərinə qarışmaqdan belə çəkinmir.

O da sirr deyil ki, bu təşkilatın maliyyə mənbələrində Çexiya dövlətinin payı çox yüksəkdir. Bu isə qeyri-hökumət təşkilatı anlayışı ilə bir araya sığmır...

Çeçenistanda bu təşkilatın fəaliyyəti ilə bağlı isə daha maraqlı məqamlar var. İstinad linki budur:

http://gazeta.aif.ru/online/aif/1273/14_01

İndi söhbət açacağımız həmin məqamlar haqqında daha ətraflı oxumaq olar. Qəzet yazır ki, “People in Need” 2000-ci ildən Rusiyada fəaliyyət göstərir. “Bizdə məlumatlar var ki, onlar Rusiya qanunlarına məhəl qoymayaraq, mücahidlərlə əməkdaşlıq edir.” Rusiya Xüsusi Xidmət orqanının zabiti qəzetə deyir ki, 2004-cü ildə bu təşkilatın Qroznıdakı ofislərinin birində mücahid İsa Sakayev məhv edildi. Məlum oldu ki, “People in Need” təşkilatının “Qadın Mərkəzi” adı altında açdığı ofisdə gizli nəşriyyat yerləşdirilib. Orada hüquq mühafizə orqanlarının vəsiqələri mücahidlərin adına saxtalaşdırılıb. Həmin ofisdən xeyli silah-sursat da tapılıb. O da məlum olub ki, öldürülmüş mücahidin bacısı bu qadın mərkəzinin rəhbəri imiş. Üstəlik, bu təşkilatın yerli rəhbərlərindən olan Yunus Makayev Rusiya hüquq-mühafizə orqanlarının maşınlarının partladılmasına rəhbərlik edib.

«Аргументы и факты» qəzetinin jurnalisti bu təşkilatın Nazrandakı rəhbəri ilə də görüşüb. O yazır: “Bir neçə günlük danışıqlardan sonra missiyanın rəhbəri Marek Vozka müsahibəyə razılıq verdi. Müsahibə zamanı dedi ki, biz evlərin damını təmir edirik. 8 məktəbin və 3 uşaq bağçasının damını düzəltmişik. Bir də psixoloqlara göstərdikləri xidmətə görə pul ödəmişik. Ancaq bizim təkidimizə baxmayaraq, onlar bir dənə də təmir olunmuş damı bizə göstərə bilmədilər. Heç pul ödədikləri “psixoloq”larla da görüşə bilmədik... ”

Bu məsələ Rusiyanın əsas media orqanlarında gündəmə gəlib. Elə buna görə də təşkilat Rusiyadan qovulub. 2007-ci ildən sonra isə Rusiya bu təşkilatın geri dönməsinə icazə verib. Elə o vaxtdan da “People in Need” çeçen separatizminə verdiyi əvvəlki dəstəkdən imtina edib. Çünki bu məsələyə Qərbin münasibəti artıq dəyişmişdi. Çeçenlərin şəriət məhkəmələri qurmaları və radikal islamçı mövqeyindən çıxış etməsi Qərbi məyus etmişdi...

Eyni hadisə ilə bağlı Rusiyanın nüfuzlu nəşrlərindən olan “İzvestia” da yazır...

http://izvestia.ru/news/298063

****
Bir daha Yaromir Ştetina məsələsinə qayıdaq. Bu şəxs hazırda Avropa Parlamentində təmsil olunur. Orada ermənilərə lobbiçiliklə məşğuldur. Rəsmən “Ermənistanın avropalı dostları” (EuFoA) təşkilatının üzvüdür.

Elə bu yaxınlarda Ermənistana məxsus hərbi helikopterin Dağlıq Qarabağda vurulmasından narahat olduğunu dilə gətirib:

http://www.panarmenian.net/rus/news/184780/

Başqa bir yerdə isə deyir ki, qorxuram ki, 5-10 ildən sonra Qafqazda yenidən müharibə başlasın. Bu müharibə Dağlıq Qarabağ problemi həll olunmadığına görə başlaya bilər:

http://www.rg.ru/2013/12/04/razgovor.html

Bu şəxsin isə Dağlıq Qarabağ probleminin həllini onun müstəqil dövlət kimi tanınmasında görməsi gün kimi aydındır.

Başqa bir məqam. Bəllidir ki, 2013-cü ilin əvvəlində Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub. Fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Təbii ki, bu qətnamə Yaromir Ştetinanın ürəyincə olmayıb. Bu barədə bu linkdə ətraflı oxumaq olar.

http://www.kavkazweb.su/forum/topic/53445-novosti-nagornogo-karabakha/page-3

Xülasə şəklində sadəcə onu qeyd edək ki, o, Çexiya Senatının üzvü kimi Çexiya parlamentinin spikeri Miroslav Nemçova məktub yazaraq bu məsələdən narahat olduğunu bildirib. Yazıb ki, sözügedən hadisə baş verən zaman Dağlıq Qarabağda olub, Xocalı sakinləri ilə şəxsən görüşüb. Və ona məlumatlar daxil olub ki, Xocalı qəsəbəsinin sakinlərini, böyük ehtimalla azərbaycanlı döyüşçülər öldürüblər. Xocalıdan çıxmaq üçün azərbaycanlı mülki şəxslərə dəhliz verilib. Əhalinin əksəriyyəti o dəhlizdən keçib gedib. Parlamentdə çıxarılmış qətnamə saxtalaşdırılmış məlumatlar əsasında qəbul olunub.

Yaromir Ştetina bir az da uzağa gedib və deyib ki, Çexiya Cənubi Qafqazda balanslaşdırılmış siyasət aparmalıdır. Bu qətnamə isə regionda gərginliyin artmasına təkan verir...

Ötən yazılarımda qeyd etmişdim ki, bu şəxs rus dilində erməni ləhcəsi ilə danışır. İndi vurğuladığım fakt isə onu deməyə əsas verir ki, o sadəcə erməni ləhcəsi ilə danışmır, həm də erməni, özü də qatı millətçi erməni kimi düşünür...

Təqdim etdiyimiz bu linkdə isə Yaromir Ştetina erməni soyqırımının Çexiya tərəfindən tanınmasını tələb edir...

http://analitikaua.net/2014/cheshskiy-senator-voodushevlen-zayavleniem-prezidenta-chehii-o-genotside-armyan/

Əlbəttə, Yaromir Ştetinanın bir çox məsələlərə münasibətini öyrənmək maraqlı olardı. Bunu nəzərə alaraq biz ona bir neçə sual ünvanladıq. Amma 10 kitaba imza atmış bu qocaman jurnalistdən hələ ki, səs-soraq yoxdur. Elə bil qurbağa gölünə bir daş atmısan...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.