Şəmkirdə kürəkənin qaynanasını qətlə yetirməsinin ilkin təfərrüatları məlum olub.
öldürülən Svetlana Abbasovanın həyat yoldaşı Aslan Abbasovun sözlərinə görə, kürəkəni Babək Hüseynov qızı Şəhla Abbasovayla bir neçə il bundan əvvəl rəsmi boşanıblar. Bundan sonra B. Hüseynov cinayət hadisəsi törədərək həbsxanaya düşüb. İki il cəzaçəkmə müəssisəsində olan keçmiş kürəkən sonradan yaşadığı rayona qayıdıb. Abbasovlar ailəsinin imkanlı yaşadığını bilib və qaynanası Svetlana Abbasova evdə tək olarkən o, mənzilə gizli yolla daxil olub. Əvvəlcə qadına 11 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Sonra isə 15 min manata yaxın nağd pul və Svetlana Abbasovaya məxsus mobil telefonu götürərək hadisə yerindən qaçıb.
Faktı Şəmkir Rayon Prokurorluğu araşdırır.
---------
09:36
Şəmkirdə qətl törədilib.
ötən gün saat 23 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində qətl hadisəsi baş verib. 36 yaşlı Babək Hüseynov ailə münaqişəsi zəminində qaynanası 53 Svetlana Abbasovanı bıçaqlayıb. Aldığı bıçaq zərbələrindən sonra qadın dünyasını dəyişib. Cinayəti törədən Babək Hüseynov hadisədən sonra qaçmağa müvəffəq olub. Hazırda hüquq mühafizə orqanları kürəkənin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktı Şəmkir Rayon Prokurorluğu araşdırır.