Azərbaycanda atası ölən qız özünü qüllədən atmaq istədi

6-12-2014, 22:56   
Azərbaycanda atası ölən qız özünü qüllədən atmaq istədi
Kürdəmirdə 16 yaşlı qız intihara cəhd edib.
anspress.com saytına istinadən bildiririk ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində, 16 yaşlı qızın hündürlüyü 35 metr olan işıqlandırma qülləsinə çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etdirməsi barədə məlumat daxil olub.

Yanğınsöndürən-xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb.

Rayon Polis Şöbəsindən bildirlib ki, hadisə bu gün 11:00 radələrində şəhərin Soltan Şıxalıyev küçəsində Dəmiryol stansiyasının yaxınlığında baş verib.

16 yaşlı Məhərrəmova Aynur Vüqar qızı hündür qülləyə çıxaraq intihar edəcəyini bildirib.
A. Məhərrəmova intihara cəhd etməsini ailəsində yaranmış problemlə əlaqələndirib. Belə ki, A. Məhərrəmovanın atası dünyasını dəyişdikdən sonra anası ikinci dəfə ailə qurub. Qız isə nənəsi ilə yaşadığından ailədə söz-söhbət yaranıb, o da bu addımı atmağa qərar verib.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.