Paltarlarını soyuducuda saxlayır, vaxtı çatanda onları çimdiyi isti su ilə yuyur, hətta yeməyini həmin suda qızdırır. Bu insan nəfəs aldığı hər saniyədə pula necə qənaət edəcəyi haqda düşünür.
anspress.com saytına istinadən bildiririk ki, Tod Moriarti ABŞ-ın ən qəribə insanlarından biridir. Öz xasiyyəti ilə ömür gün yoldaşını da bezdirən Todun bu həyatda sadəcə bir məqsədi var, o da cibinə mümkün qədər qənaət etmək. Todun bu vərdişi o həddə çatıb ki, elektrik enerjisinin bir kilovatını belə qənaət hesab edir. Çirkli paltarlarını köhnəlməsin deyə soyuducuda qida məhsulları ilə bir yerdə saxlayan Tod haqlı olduğunu bu sözlərlə subut etməyə çalışır
Tod, çimməyə və paltar yumağa ayrı-ayrılıqda su sərf etməyi də xoşlamır. Paltarlarını yuduğu yerdə vanna qəbul etməsi onun üçün adi haldır. Bu da azmış kimi, Tod yeməyini belə isti hamam suyunda qızdırır.
Başqalarinin onun haqqında nə fikirləşdiyi Todu heç maraqlandırmır. O, özü belə deyir. Todun fikrincə zəhmət çəkib qazandığımız pulu, zəhmət çəkib qorumalıyıq. Nəinki 1 dolların, hətta 1 sentin hesabını aparan, büdcəsini mümkün qədər qoruyan amerikalı ailəsini qoruyub-saxlaya bilməyib. Keçmiş həyat yoldaşı Stefani, Toda uğur arzulayaraq yeni bir həyat qurmağa qərar verib.[media=https://www.youtube.com/watch?v=S-Cj-F7FJNg]