Bakı bulvarında insanları təşvişə salan hadisə yaşanıb.
Belə ki, bu dəqiqələrdə təxminən 45-55 yaşlı kişi Dənizkənarı Milli Parkın ərazisində huşsuz vəziyyətdə uzanıb.
Verilən məlumata görə, kişi getdiyi yerdə müvazinətini itirib və qəfil yıxılıb. Onun ətrafına xeyli sayda insan toplaşıb.
Polis işçiləri hadisə yerində gəliblər.
İlkin tibbi yardım göstərilməsinə, süni nəfəs verilməsinə baxmayaraq kişi dünyasını dəyişdi.
O da bildirildi ki, təxminən yarım saat öncə təcili tibbi yardım stansiyasına hadisə ilə bağlı məlumat verilsə də, hələ ki, həkim briqadası hadisə yerinə gəlməyib.