Odessada 3 günlük matəm elan edildi

3-05-2014, 12:06   

Separatçılarla vahid Ukraynanın tərəfdarları arasındakı toqquşmada öldürülənlərlə əlaqədar Odessada 3 günlük matəm elan edilib. Məlumata görə, şəhər sovetinin informasiya və ictimaiyyətlə əlaqələr deportamentinin bəyanatında faciə ilə əlaqədar 3, 4 və 5 may tarixlərinin Odessada matəm günləri elan edildiyi bildirilir. Şəhərin bütün idarə və təşkilatlar, dövlət binalarının üstündə Ukraynanın Dövlət Bayrağı və Odessa şəhərinin bayrağı matəm lentı ilə asılacaq. Müəissələrə, təşkilatlara musiqidən istifadə və əyləncəli tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması tövsiyyə edilib. Unian agentliyinin məlumatına görə, Odessada 2 mayda odlu silahlarla silahlanmış separatçılar və ukraynayönlü fəallar arasında toqquşma baş verib. Faciədə bir neçə fəal həyatını itirib. Bundan sonra vahid Ukrayna tərəfdarları Kulikovo düzündə Həmkarlar binasında barrikadalar qurmuş separatçıların düşərgəsini məhv etdilər. Binada yanğın başladı və nəticədə insanlar həlak oldu. 170 nəfərdən çox yanğından xəsarət alan insan xəstəxanalara müraciət edib, onlardan 25-nin vəziyyəti ağırdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.