Bakıda keçirilən reyddə 10 qadın sürücü saxlanıldı: Aralarında sərxoşlar da var – FOTO

7-12-2014, 13:10   
Onların bəzilərində sənədləri qaydalarında deyil.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 8-ci, 11-ci və eskort müşaiyət tağımının şəxsi heyəti tərəfindən son iki gecədə paytaxt ərazisində keçirilən reydlər zamanı 10 qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

Yenilik.Az xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücülər arasında sürət həddini aşanlar da olub: “Lakin nəqliyyat vasitəsini sərxoş halda idarə edən xanım sürücülər daha çoxluq təşkil edir. Onların bir neçəsi sərxoşluq müayinəsindən imtina edib. Lakin buna baxmayaraq, onların barəsində inzibati protokol tərtib olunub. Sərxoş halda avtomobil idarə etməklə sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidir”.

DYP tərəfindən Bakı şəhəri üzrə dekabrın 5-dən 6-na və 6-dan 7-nə keçən gecə keçirilən reydlər zamanı ümumilikdə 10 xanım sürücü inzibati məsuiliyyətə cəlb olunub. Onlardan biri sərxoş vəziyyətdə qəza törədərək maşını qoyub qaçıb. Sonuncu reyd zamanı saxlanılan “Range Rover” markalı avtomobilin sürücüsü Könül Vəliyeva sərxoşluq müayinəsindən keçməkdən imtina edib.

Özünün və yanındakı rəfiqəsinin dövlət işçisi olduğunu deyən bu sürücü bir neçə yerə zəng edib məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, faydası olmayıb. O, əvvəlcə restoranda ancaq çay içdiyini və oradan çıxan kimi yol polisi tərəfindən saxlanıldığını deyib. Bununla sərxoş vəziyyətdə olmadığını iddia edən xanım sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etsə də, DYP əməkdaşları onu inzibati qaydada məsuliyyətə cəlb etdilər. Avtomobil isə cərimə meydançasına aparıldı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.