Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bir neçə gün öncə açıqlamasında bildirib ki, Azərbaycanlı generallardan biri Rusiyaya qaçıb. Ü. Cəfərov ilk açıqlamasında adını gizli saxladığı generalın kimliyini açıqlayıb. Hərbi jurnalistin sözlərinə görə, həmin şəxs general Bağır Fətullayevdir. O Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Ü.Cəfərov bildirib ki, həmin şəxs Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib: “Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra, general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb. Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan SQ-nin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiya Federasiyasının Moskva, Sankt- Peterburq və digər şəhərlərində yaşayırlar. Özləri isə burda min hoqqalardan çıxaraq əlləri çirkli işlərə bulaşıb, rüşvət və korrupsiya əməlləri ilə məşğuldurlar. Onların da adlarını çox yaxın vaxtlarda açıqlayacam”.