Saatlıda brakonyerlərlə polis arasında atışma

8-12-2014, 11:11   
Saatlıda brakonyerlərlə polis arasında atışma“Tutulanlar yerli polis şöbəsinə təhvil verilib. Hazırda araşdırma aparılır”.

Saatlı rayonunun Azadkənd kəndində 2 nəfər yerli sakinlə polis əməkdaşı arasında insident yaşanıb. Hadisə dekabrın 6-da olub.

Yenilik.Az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna Azadkənd kəndinin sakinləri bildirib. Onların dediyinə görə, Rizvan Səfərov və Cəmaləddin Səmədov kəndin yaxınlığındakı balıq vətəgəsində brakonyerlik edirmişlər.

Polisə yaxalanan brakonyerlər Su Nəqliyyatında Polis İdarəsinin Əziz adlı əməkdaşına tabesizlik göstəriblər və ona ov tüfəngindən atəş açıblar. Həmin şəxslər saxlanılıb.

Hadisənin baş verdiyini Su Nəqliyyatında Polis İdarəsinin rəsmisi Hakim Ağayev də təsdiqləyib: “Tutulanlar yerli polis şöbəsinə təhvil verilib. Hazırda araşdırma aparılır.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.