Lənkəranda itkin düşmüş şəxsin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16.00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Həyata keçirilən axtarışlar nəhayət bu gün faydasını verib. İtkin düşmüş Ə. Hüseynovun meyiti saat 17.00 radələrində yerli sakinlər tərəfindən kəndin yaxınlığındakı çayda aşkarlanıb.
Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hazırda 61 yaşlı kişinin ölüm səbəbi araşdırılır.