Oktyabrın sonunda “Sony” şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağaza təqdim etmək niyyəti haqda məlumatlar dolaşırdı. Nəhayət, sözügedən mağaza Dubayda açıldı. “Sony Aquatech Store” adlanan mağazanın özəlliyi onun suyun altında yerləşməsidir.
mağaza kiçik dərinlikdə yerləşən günbəzdən ibarətdir. Orada hava olduğuna görə içəridə akvalanqsız da nəfəs almaq mümkündür. Bununla belə, mağazanın interyeri bir o qədər də zəngin deyil. Yalnız divarlara yapışdırılmış reklam materialları və böyük qutulara salınmış bir neçə “Xperia” smartfonu mağazanın interyerini tamamlayır.
Qeyd edək ki, şirkətin qurğuları yalnız müəyyən vaxt ərzində sukeçirməzdir. Aparatlar nəzərdə tutulan müddətdən artıq suda olduqda, sözsüz ki, su keçirəcək.
Həmçinin qeyd edək ki, “Sony Aquatech Store” mağazasına baş çəkmək heç də asan deyil. Yalnız KİV nümayəndələri, mühüm şəxslər, aksiya iştirakçılarına belə imkan yaradıla bilər.