Sürücü müştərisini zorladı Hindistanın paytaxtı Dehlinin rəhbərliyi qadın müştərilərdən birinin sürücü tərəfindən zorlanmasından sonra Uber taksi xidmətini qadağan edib
Uber-in fəaliyyətinin dayandırıldığını Dehlinin nəqliyyat naziri Satis Mathur bildirib. O, bəyan edib ki, xüsusi razılığı olmayan avtomobillərin taksi fəaliyyəti ilə məşğul olması qadağandır. Bu işi Uver vasitəsilə görənləri isə fəaliyyəti artıq qanunsuz elan edilib.
Uber-in rəhbəri Trevis Kalanik isə bildirib ki, şirkət hüquqi məsələləri yoluna qoymaq üçün Hindistan hökuməti ilə birlikdə işləyir. Bundan başqa, Uber zorlanan qadına dəstək vermək və işin araşdırılmasına yardım etmək niyyətindədir.