Terrorçuların 22 nəfərin başını kəsməyə 4-6 saat vaxt sərf ediblər
İŞİD terrorçu qruplaşmasının ötən ay dünyanı lərzəyə salan kütləvi edam videosu ilə bağlı maraqlı faktlar üzə çıxıb.
22 suriyalının edam səhnələri 4-6 saata çəkilib, hətta bəzi səhnələr dəfələrlə təkrarlanıb. Video HD kameralarla çəkilib. Onun maliyyəsi isə 200 min dollar civarında olub.
ABD-dakı Terrorizm Araşdırma və Analiz Konsorsiyumu (TRAC) ilə İngiltərədəki düşüncə quruluşu "Quilliam" amerikalı Peter Kassig və 22 suriyalının başkəsmə videosunu analiz edib.
Bu videolar tettorçuların kimliklərini müəyyən etmək, onların belə qədar davranışlarını araşdırmaq üçün anbaan tədqiq edilib.
Analizin nəticələri isə belə olub:
1. İŞİD silahlılarından demək olar ki, hamısının üzü açıqdır. Dəstəyə “Cihatçı Con” adlı üzü maskalı şəxs rəhbərlik edir.
2. Çəkiliş üçün tez-tez terrorçular və qurbanlar yer dəyişiblər. 22 İŞİD-çi Avstraliya, İndoneziya, Malayziya, Filipin, İngiltərə, Belçika, Almaniya kimi ölkələrdəndir.
3. Dəstədən sadəcə bir nəfərin kimliyi bəllidir. O, Fransadan ötən il Suriyaya gedən Maksim Haucharddır. Digər ölkələr öz vətəndaşlarının olub olmadığını araşdırır.
4.Yaxasında mikrofon olan digər iki terrorçunun səsi eşidilmir. Ola bilsin ki, onların səsləri başqa videolarda istifadə edilmək üçün yazılsın.