Pul verməyənlər İcra Hakimiyyəti tərəfindən işdən çıxarılacaqları ilə təhdid olunurlar
Şamaxıda təhsil və səhiyyə işçilərindən məcburi qaydada dövlət qəzetlərinə abunə haqqı yığılır. Bua barədə JAM.AZ-a rayondakı təhsil işçiləri məlumat verib.
Məlumatda deyilir ki, yerli Təhsil və Səhiyyə Şöbələrinin rəhbərləri tabeçiliklərində olan işçiləri məcbur edirlər ki, 20 manat pul versinlər. Və bunun 3 aylıq abunə haqqı olduğu deyilir. İşin ən ilginc tərəfləri odur ki, belə bir tapşırığı Şamaxının icra başçısı verib və pul verməyən müəllimləri işdən çıxaracağı ilə hədələyirlər.
Bundan başqa, müəllim və həkimlərin artıq siyahısı da hazırdır. Ki, həmin siyahı üzrə pullar toplanılır. Verməyənlərin və ya vermək istməyənlərin adı isə bir ayrı siyahıya yazılaraq, bir başa Şamaxı İcra Hakimiyyətinə göndərilir.
Qeyd edək ki, qəzet və jurnallara abunə olmaq könüllüdür. Lakin əksər icra başçıları bunun ciddi gəlir mənbəyi olduğunu yaxşı bildiklərindən onu məcburiyyətə çeviriblər. Çünki bu hər ilən azından yüz min manata yaxın vəsait deməkdir.
Yazıda adları keçən qurumların da mövqeyini dərc etməyə hazırıq.Yenilik.Az