Sabunçu İşıq İdarəsinin müdiri «kortej»lə gəzir?

11-12-2014, 01:00   

Toğrul Rəhimovun qapısında mühafizəçilər dayanır, işə gələrkən isə onun üçün yolları bağladıqları da deyilir

Azərbaycanda hər cür özbaşınalıqlar artıq adi hala çevrilib. Bir zamanlar insanlar indi baş verən olaylara təəccüblə, hətta heyrətlə baxırdı. İndi isə iş o həddə çatıb ki, adi bir idarə müdiri öz istədiyi kimi davranır və özünü az qala nazirdən daha üstün sayır.

JAM.AZ-a verilən məlumata görə, Sabunçu rayon Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Toğrul Rəhimov özünün sistemini qurub. Bu onun işə gedib-gəlməsi, necə narahar edəcəyi və maşınını harada park edəcəyi ilə bağlıdır. Maraqlıdır ki, idarə rəisi bahalı maşını ilə işə gedib-gələrkən onun üçün yollar bağlanır. Hadisə şahidlərinin dediyinə görə, Rəhimovun maşını üçün rəhbəri olduğu idarənin qarşısında xüsusi yer var. Və orada heç kim maşın saxlaya bilməz. Buna cəsarət edən isə elə idarə rəisinin mühafizəçiləri tərəfindən başa salınır.

JAM.AZ-a verilən məlumatda deyilir ki, Toğrul Rəhimovun mühafizəçi ilə gəzməsinin konkret səbəbləri məlum deyil. Hər halda bu ölkədə yüzlərlə, minlərlə idarə və müəssisə rəhbərləri var ki, onların heç birinin mühafizəçi ilə gəzdiyi müşahidə olunmayıb. Görünür, idarə rəisinin qorxudu hansısa səbəblər var. Və bir də bu mühafizəçiləri saxlamaq üçün yetərli qədər maliyyə imkanları da mövcuddur.

Bundan əlavə, bir idarə müdirinin gəlişi üçün yolları bağlamağın da nə anlama gəldiyi bizim üçün maraqlıdır. Adətən, belə vəziyyətlər prezident, istisna halda nazirlər geçdikdə yaşanır. Daha idarə müdiri də özü üçün yol bağlatdırırsa, demək, arrıq hər şey nəzarətdən çıxıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.