TOVUZ 28 SAYLI TSEK SƏDRININ KORRUPSIYAYA QURŞANMASININ MƏSULIYYƏTIN SƏLIM MÜSLÜMOV DAŞIYIR - ŞOK MÜRACIƏT

11-12-2014, 21:24   
TOVUZ 28 SAYLI TSEK SƏDRININ KORRUPSIYAYA QURŞANMASININ MƏSULIYYƏTIN SƏLIM MÜSLÜMOV DAŞIYIR - ŞOK MÜRACIƏT
Tovuz 28 saylı TSEK sədri ondan narazı xəstələri hədələyir,onları məhkəməyə verəcəyi ilə qorxudur bu barədə Azerinews.tv-yə müraciət daxil olub. Müraciətdə deyilir:
"Tovuz 28 saylı TSEK-in sədri barədə KİV-də onlarla tənqidi məqalə dərc olunur. Amma hansısa səbəbdən dərc olunan məqalələrin tərəfləri ilə bağlı hər hansı tədbir görülməyib. Arif Səmədovdan yazılan tənqidi məqalələr həm də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova birbaşa aidiyyatı var. Çünki 28 saylı Tovuz TSEK-in sədri Arif Səmədovdan yazılan bütün tənqidi yazılara nazir Səlim Müslümov da məsuliyyət daşıyır. Birincisi ona görə ki, Arif Səmədovu təyin edən də, onu işdən çıxaran da nazirdir. Bu səbəbdən nazirin də məsuliyyəti var. İkincisi isə sabah Arif Səmədovun əməllərinə verilən istənilən hüquqi qiymət yenə nazirliyin adı ilə bağlanacaq. Niyə bunları qeyd edirik? Ona görə ki, tutarlı əsaslardan biri odur. Arif Səmədov ondan xəstəlik qrupu istəyən xəstələrə qarşılığında onu razı sala bilməyən xəstələri şantaj edir, onları tutdura biləcəyi ilə hədələyir. Fikirləşmir ki, onun əlindən bezən xəstə hüquq mühafizə orqanına müraciət edə bilər və vəziyyət Füzuli Ələkbərovun dövrünə bərabər tutular. Səlim Müslümovun adı hallanar, ölkə ilə bir olar. İkinci başlıca arqument ondan ibarətdir ki, onu qane etməyən pulu götürmür. Dolayısı yollarla xəstəni get-gələ salır, kənar şəxslərin dili ilə istəyini xəstəyə çatdıra bilir. Bu səbəbdən təkrar komissiyaya gələn 2-ci qrup xəstələrdən aldığı rüşvətin həcmini 150-200 manata qaldırıb. Bu isə ətraf rayonlarla müqayisədə böyük rəqəmdir. Məsələn: 2 il bundan qabaq təkrar komissiyaya müraciət edən 3-cü qrup xəstərlərdən 50 manat tələb olunurdusa, bu rəqəm hazırda Tovuz 28 saylı TSEK-də 100 manata qaldırılıb. Bunu xəstələr bilir və onların narazılıqları haqlıdır. Nəzərə alanda ki, gün ərzində 50-60 xəstə təkrar komissiyadan keçir və onların hər birindən orta hesabla 100 manat alınır onda Tovuz 28 saylı TSEK-də 5-6 min manat aralığında rüşvət yığılır. Əlavə olaraq, ilkin komissiyaya müraciət edən istənilən bir xəstədən min manat alınır. Onda Arif Səmədovun gün ərzində 7 minə yaxın, ay ərzində isə 100 min manat rüşvət topladığı müəyyən olunar. İki vur iki olan bu həqiqətlərin qarşılığında Arif Səmədovun ondan narazı xəstələri məhkəmə və ya hüquq mühafizə orqanlarının adı ilə qorxutması yersizdir. Bundan başqa, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun da arxası ilə danışmaq onun üçün ümumiyyətlə xoşagəlməyən şəkildə nəticələnə bilər. Düzdür, bir az əvvəl KİV Arif Səmədovu Tofiq Zeynalovun adamı kimi qələmə verdi. Görünür, bundan ehtiyatlanan Arif Səmədov Tofiq Zeynalov əvəzlənəcəyi tədqirdə zərbə ala biləcəyindən ehtiyatlanaraq özünü hardasa gələcək üçün sığortalayır. Bəlkə də özünə yeni “krişa” tapıb.
Məlumat üçün bildirək ki, hazırda ƏƏSMN müavini Natiq Məmmədov, şöbə müdiri Saday Abdullayev və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzindən Neyman həkim Arif Səmodovu lazımınca müdafiə edir, Tofiq Zeynalova daha ehtiyac qalmır. Çünki hazırda Arif Səmədovdan tibb bacısı Samirə Famil qızı və bir neçə xəstə şikayət edir. Çünki Arif Səmədov iki tibb bacısını işdən çıxartdı. Sonradan Ruhiyyə adlı tibb bacısının pulunu alıb onu işinə qaytardı. Samirə xanım isə işindən kənarlaşdırıldı. Bundan sonra bir çox xəstələr kimi Samirə Famil qızı da Arif Səmədov tərəfindən hədələnib. Arif Səmədov işçilərinin yanında Samirə Famil qızının ünvanına təhqiramiz ifadələr işlədib. Bunu isə hansısa şəxs tibb bacısına çatdırıb. Bundan sonra tərəflər bir-birini ittiham etməyə başlayıb. Həmçinin Qovlar kəndindən 28 saylı Tovuz TSEK-in sədri Arif Səmədovdan şikayət edənlər sırasında Səfərova Rəsmiyyə Zaman qızı, o cümlədən Hümbətov Mais Nadir oğlu Səlim Müslümovun rəhbər olduğu nazirliyə, Prezident Aparatına, əlaqədar orqanlara haqlarını bərpa etmək üçün şikayət etsələrdə bir sonuca nail ola bilmirlər. Düzqırıqlı kənd sakini Səmədov Mədət Hüseyn oğlu da Arif Səmədovdan şikayətçidi amma nə faydası Səlim Müslümov və onun komandası hər şeyi görməzdən gəlir"
Mövzuya qayıdacağıq bizi izləyin
Yqzıda adları keçən şəxslərin mövqelərin dinləməyə hazırıq
AZERINEWS.TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.