Masallı ƏSMM-də yeyilən 250 min manat

11-12-2014, 22:51   
Masallı ƏSMM-də yeyilən 250 min manat
Mərkəz müdiri Akif Əliyev və ətrafı dövlətin vətəndaşlara ayırdığı vəsaitləri açıq aşkar mənimsəyirlər
Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyevlə bağlı savaş.org-a ilginc informasiya daxil olub. Məlumatda bildirilir ki, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2014-cü ildə ünvanlı sosial yardım alan vətəndaşların sayı 4457 nəfərdir. Mənbəmiz bildirir ki, ünvanlı sosial yardım alan şəxslərin əksəriyyəti bunu qanunsuz alır. Çünki bəzi şəxslərin iş yerləri və şəxsi biznesləri olmasına baxmayaraq mərkəzin işçilərinə etdikləri "hörmət” sayəsində yardım alanların siyahısan düşə bilirlər.
Bu şəxslər illlərdir ki, mərkəz rəhbərliyi ilə əlbir olaraq dövlətdən qeyri qanuni yardım alırlar. Hətda mərkəzdə işləyən işçilərin bir çox qohum əqrabaları, tanışları yaxınlarıda bu cür ünvanl sosial yardımdan bəhrələnirlər. Halbuki rayonun bir çox kəndlərində imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Yəni Akif Əliyev və "komandası”nın hörmətini etməyənlər dövlətin ünvanlı yardımından məhrum olurlar.
İnformasiya mənbəmiz qeyd edir ki, Masallı rayonunda 4457 şəxsə verilən ünvanlı sosial yradımın bir hissəsini qeyri qanuni olaraq Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev və ətrafı mənimsəyir. Belə ki, müdir və yaxın ətrafı ünvanlı sosial yardım düzəltmək istəyən şəxlərlə əlbir olaraq sənədlərin tezliklə hazırlanması, qeydiyyatan keçməsi əvəzində ayrılan vəsaitin ilk 3 aylığın götürürlər. Mərkəz işçilərinin bu təklifini qəbul etməyən şəxlər isə aylarla süründürülür. İnformasya mənbəmiz bildirir ki, mərkəz müdiri Akif Əliyev sosial yardım pulları verilən zaman gecələr gizlicə rayon Kapitalbankının bankomatında saatlarla kartlardan vəsait çıxartmaqla məşğul olur.
Mərkəz müdiri və ətrafının ünvanlı sosial yardımın ilk 3 ayının alınması maxinasiyasında təxminən 250 min manatdan çox qazanc götürdükləri deyilir. Bundan başqa rayonda soial alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyidə qeyd olunur. Belə ki, mərkəz müdirinə və ətrafına "hörmət” edən şəxslərin ünvanlı yardımı qeyri qanuni artırılır. Qeyd edək ki, Masallı rayon əhalinin Sosial Müdafiəzi Mərkəzində həyata keçirilən sosial yardım maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.