Türkiyədə İŞİD əməliyyatı

12-12-2014, 18:35   

Bu barədə Türkiyə baş nazirinin müavini açıqlama verib
Türkiyədə məsciddə fəaliyyət göstərən axundlardan birinin İŞİD terrorçu qruplaşmasına qoşulduğu məlum olub.
bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınc açıqlama verib.

Onun sözlərinə görə, axund fəaliyyət göstərdiyi məsciddə insanları üstüörtülü şəkildə İŞİD-ə qoşulmağa dəvət edirmiş. əməliyyat nəticəsində o, aşkarlanaraq işindən uzaqlaşdırılıb.

"Təəssüflər olsun ki, Çanaqqalada Bayramiç vilayətindəki məscidlədən birinin axundu İŞİD-çilərə qoşulduğu aşkarlanıb. O, öz vəzifəsindən azad edilib. Başqa vilayətlərimizdə İŞİD-ə qoşulan axundlarımızın nə qədər olduğu barədə heç bir məlumatım yoxdur. Lakin axundlarımızın ölkəni tərk edərək terrorçulara qoşulması xəbərləri bizi dərindən narahat edir", deyə Bülənt Arınc bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.