ANAXEBER.TV. - Hakimiyyət gələn ilin yanvar ayından etibarən icra başçıları ilə bağlı dəyişikliklərə başlayacaq. Bu barədə ANAXEBER.TV-ye etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, bu dəyişiklik bir sıra rayonları əhatə edəcək və xeyli sayda icra başçısı işdən çıxarılacaq. Onların yeniləri ilə əvəzlənəcəyi və ya başqa rayonlara göndəriləcəyi isə hələlik tam məlum deyil. Bilinən odur ki, bir sıra rayonların rəhbərliyindəki dəyişiklik total xarakter daşıyacaq.
Verilən məlumatlarda qeyd olunur ki, işdən çıxarılacaq şəxslərdən biri Astaranın icra başçısı Qəzənfər Ağayev olacaq. Məlumatı verən mənbənin dia.az-a bildirdiyinə görə, Qəzənfər Ağayevi ümumiyyətlə, İcra Hakimiyyəti sistemindən uzaqlaşdırılması, yəni təyinatla mükafatlandırılmaması qərarına gəlinib.
ANAXEBER.TV-ye xəbəri verən qaynaq iddia edir ki, Qəzənfər Ağayevin adı hazırda bir istintaqı gedən cinayət işində də hallandırılır: "Lakin bu informasiyanın məxfiliyi qorunur və ictimailəşdirilmir".
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq..