Türkiyənin Çanaqqala vilayətində hərbi hissələrin birində partlayış baş verib. anaxeber.info-ın məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
18 əsgərin yaralandığı bildirilir.
Məlumatda o da qeyd olunur ki, partlayışa tank əleyhinə mərmi ilə ehtiyatsız davranma səbəb olub. Yaralanan əsgərlər hərbi hospitallara aparılıblar.