“Biznes İnsayder” jurnalı “Qlobal Firepover İndeks” araşdırma mərkəzinin verdiyi hesabat əsasında dünyanın ən qüdrətli ölkələrinin siyahısını dərc edib.
Axar.az-ın məlumatına görə, dünyanın ən güclü ordusuna malik ölkə yenə də ABŞ seçilib. Bu ölkənin hərbi büdcəsi 612 milyard dollardır. İkinci sırada isə Rusiyadır. Araşdırmalara görə, Rusiya ikinci pillədə olsa belə, hər iki ölkənin hərbi büdcəsində kəskin fərqlər var. Belə ki, Rusiyanın hərbi büdcəsi 76 milyard dollarla ABŞ-dan 8 dəfə geri qalır.
Hərbi potensialına görə üçüncü, müdafiə xərclərinə görə isə ikinci Çindir. Bu ölkənin hərbi büdcəsi 126 milyard dolardır.